AZ

Venesuela Argentina prezidenti Mileyin həbsinə order verib

Venesuelanın baş prokuroru Tarek Vilyam Saab Argentina prezidenti Xavyer Mileyin həbsinə order verilməsini istəyib...

Poliqon xəbər verir kİ, bu barədə Venesuelanın VTV telekanalı məlumat yayıb. Telekanal xəbər verir ki, qərar ABŞ-ın Venesuelaya məxsus “Emtrasur” təyyarəsini ələ keçirməsi ilə bağlıdır. Venesuela hakimiyyəti hadisəni oğurluq kimi qiymətləndirir.

Tarek Vilyam Saab orderlərin icrasını iki xüsusi prokurora həvalə edib. Onlar həmçinin Argentina Prezident Aparatının baş katibi və onun bacısı Karina Miley, eləcə də təhlükəsizlik naziri Patrisiya Bulpriçin həbsinə order verməli olacaqlar. Venesuela Baş Prokurorluğu bu Argentina rəsmilərinin hamısını oğurluqda, çirkli pulların yuyulmasında və təyyarəni sıradan çıxarmaqda ittiham edir.

2022-ci ilin iyununda ABŞ-ın tələbi ilə Venesuelanın Empresa de Transporte de Aerocargo del Sur (Emtrasur) şirkətinə məxsus Boeing 747 Dreamliner təyyarəsi Buenos Ayres hava limanında ələ keçirilib. Təyyarə əvvəllər İranın Mahan Air şirkətinə məxsus olub. 2024-cü ilin yanvarında təyyarə Amerika tərəfinə təhvil verilib. ABŞ Ədliyyə Nazirliyi hesab edir ki, təyyarə sanksiyalardan yayınaraq Emtrasur tərəfindən alınıb.

Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
1
poliqon.info

2Mənbələr