ABŞ Federal Ehtiyat Sistemi dünən gözlənilmədən uçot faiz dərəcəsini 5.25-5.50 faiz diapazonundan 4.75-5.00 faiz diapazonuna endirdi.
Bu birjanın konsensus gözləntisindən (5.00-5.25) xeyli yuxarı göstəricidir.
Banker.az-ın İnvestisiya bölməsi FED sədri Cerom Pauelin 18.09.2024-cü il tarixli iclasından verdiyi siqnalları təqdim edir:
Əmək bazarı soyuyub.
Bu gün qəbul edilən faiz dərəcəsi qərarı əmək bazarının sabitliyinin qorunacağına olan artan inamı əks etdirir.
Ümumilikdə iqtisadiyyat güclüdür.
İnflyasiya artımı riskinin azalması fonunda risklər indi daha yaxşı balanslaşdırılıb.
- Əmək bazarının pisləşməsi riskləri artıb.
- Əgər iqtisadiyyat sabit qalsa və inflyasiya davamlı olsa, FED pul-kredit siyasətini daha yavaş yumşaldacaq.
- Bizim siyasətimizi dəyişən şərtlərə uyğunlaşdırma vaxtı gəlib.
- Faiz dərəcəsinin azalmasının tempi və ya sabit qalması iqtisadiyyatdan asılı olacaq.
- Faiz dərəcəsinin azaldılmasına çox yaxşı və qətiyyətlə başladıq. Buna görə, çox şadam.
- Mən düşünmürəm ki, biz qrafikdən geri qalırıq.
- Bu gün faiz dərəcəsinin azalması addımı, növbəti azalmanın eyni tempdə olacağı mənasını vermir.
- İnflyasiyanı 2%-ə endirmək üçün əmək bazarını daha da soyutmağa ehtiyac yoxdur.