Oxu.Az-ın "Rosiyskaya Qazeta"ya istinadla verdiyi məlumata görə, rusiyalı avtomobil mütəxəssisi Nikita Rodionov bununla bağlı tövsiyələrini verib.
Onun sözlərinə görə, mühərrikə məhz avtomobil istehsalçısının tövsiyə etdiyi yağı tökmək lazımdır.
"Reqlamentə ciddi riayət etmək lazımdır, burada heç bir eksperiment olmamalıdır", - deyə o bildirib.
Ekspert həmçinin iqlim şəraitinin nəzərə alınmasının vacibliyini xatırladıb.
"Əgər istehsalçı mineral yağdan istifadəyə icazə verirsə və sizin bölgədə mənfi 25 dərəcədən aşağı şaxta olmursa, keçid mümkündür. Bütün digər hallarda qənaət etməmək daha yaxşıdır" , - deyə o əlavə edib.
3Mənbələr
-
regionxeberlericom.azMühərrik yağına qənaət: Ekspert sintetikdən mineralа keçid barədə tövsiyələrini verdi ( 11125177)
-
demokrat.azMühərrik yağına qənaət: Ekspert sintetikdən minerala keçid barədə tövsiyələrini verdi ( 11101177)
-
news24.azMühərrik yağına qənaət: Ekspert sintetikdən mineralа keçid barədə tövsiyələrini verdi ( 11101009)