AZ

Azərbaycan çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərinə başlayıb - Umayra Tağıyeva

Azərbaycan çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini aktivləşdirib.

Ekologiya.az xəbər verir ki, bu barədə Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda 12-ci Xəzər Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, dövlət ekoloji problemlərin həllinə böyük əhəmiyyət verir və bu istiqamətdə praktiki işlər görür.

"Bu gün Azərbaycan dünya tərəfindən əsas prioritet hesab edilən "yaşıl" keçidin əsas iştirakçılarından biridir", – U.Tağıyeva vurğulayıb.


Nazir müavini qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə karbon neytrallığına nail olmağı hədəfləyirik.

Eyni zamanda, bu il Azərbaycanın üzərinə qarşıdakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını keçirmək məsuliyyəti qoyulub.

"COP29 qlobal iqlim dəyişmələri problemlərinin həlli ilə bağlı ən yüksək platformadır. Biz bu prestijli tədbirə hazırlıq görürük. COP29 çərçivəsində qlobal iqlim gündəliyində iqlim maliyyələşdirilməsi ilə bağlı razılığa gəlmək vacibdir, bu məsələ illərdir həll olunmayıb. Dünyada kifayət qədər maliyyə resursları var. Lakin mühüm məsələlərdən biri bu maliyyə axınlarının qlobal iqlim problemlərinin həllinə yönəldilməsidir. Bu maliyyələşdirmənin ən kəskin problemlərin həllinə yönəlməsi çox vacibdir", – U.Tağıyeva əlavə edib

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
3
ekologiya.az

4Mənbələr