AZ

Bakıda sevgilisini döyən şəxs dostunu da bıçaqladı - HÖKM

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Fuad Səmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib, Fuad Səmədovun barəsində həbs qətimkan tədbiri seçilib və o, dərhal məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, hadisə 06 noyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Fuad Səmədov sevgilisi Nərgiz Fərəcova (şərti) ilə qadının evində yaşayıb. Həmin gün təqsirləndirilən şəxsin dostu, zərərçəkmiş Elmar Tahirov (soyadı şərti) onlara qonaq gəlib. Söhbət zamanı qadın Fuada ondan ayrılmaq istədiyini bildirib. Mübahisə zamanı Fuad Nərgizi döyməyə başlayıb. Bu zaman otaqda olan Elmar təqsirləndirilən şəxsin qarşısını alaraq sakitləşdirmək üçün onun sifətinə şillə vurub. Fuad isə zərərçəkmişə etiraz edərək mətbəx otağında ələ keçirdiyi bıçaqla Elmarın qarın nahiyəsinə 1 zərbə endirilib.

Hadisədən sonra Fuad Səmədov saxlanılaraq istintaqa cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.





Kişi paltar yumağa görə bacısının burnunu sındırdı

Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Uğur Babaşovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, hadisə Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Uğur Babaşov boşanmış, onlarla evdə birgə yaşayan bacısı, zərərçəkmiş Məlahət Babaşova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadın öz çirkli paltarlarını qardaşının paltarları ilə birgə yuması olub. Uğur da buna etiraz edib. Nəticədə təqsirləndirilən şəxs qadının sifətinə bir dəfə yumruqla vuraraq ona burun sümüyünün natamam sınığı ilə müşayiət olunan yüngül zərərvurmaya aid bədən xəsarəti yetirib.

Hadisədən sonra Məlahət Babaşova polisə müraciət edib və qardaşı Uğur cinayət məsuliyyətinə cəlb edilib.


Kamal Məmmədov 

Tarix: 19 Sentyabr 2024, 09:01   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
3
pravda.az

4Mənbələr