AZ

Tramp ABŞ-da narkotik alverçiləri üçün ölüm cəzasının tətbiq edilməsini istəyib

Narkotik alverçiləri üçün ölüm cəzası tətbiq etmədən ABŞ-da narkotik epidemiyasının öhdəsindən gəlmək mümkün deyil...

Poliqon xəbər verir ki, bu fikri Amerikanın keçmiş lideri, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Fox News telakanalında deyib.

“Bunu dayandırmağın yeganə yolu narkotik alverçiləri üçün ölüm hökmünün tətbiq edilməsidir, lakin ölkəmiz buna hazır olub-olmadığını bilmirəm. Fikir verin, hər bir narkotik alverçisi orta hesabla 500 nəfəri öldürür. Mən oğlunu, qızını və ya valideynini fentanildən itirmiş bir çox ailəni tanıyıram”, deyə çərşənbə günü Tramp telekanala bildirib.

Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
5
poliqon.info

7Mənbələr