AZ

Azərbaycan–Özbəkistan ticarət əlaqələri yeni mərhələdə

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Özbəkistan Prezidentinin müşavirinin müavini, İqtisadi Araşdırmalar və İslahatlar Mərkəzinin direktoru Obid Hakimovun başçılıq etdiyi nü­mayəndə heyəti ilə görüş keçirilib. Tədbirdə Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin artırılması müzakirə edilib. Bu barədə XQ-yə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, görüş zamanı İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanmış iki ölkə arasında müt­təfiqlik münasibətləri haqqında müqavilə ilə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Ötən il Azərbaycan­la Özbəkistan arasında ticarət dövriyyəsi­nin həcminin 180 milyon ABŞ dollarına yaxın olduğunu, cari ilin ilk beş ayında isə həmin göstəricinin 70 milyon dollara çat­dığını xatırladan icraçı direktor bu rəqəm­ləri daha da artırmaq, mövcud potensialı reallaşdırmaq üçün qarşılıqlı təmasların, müxtəlif formatlarda görüşlərin keçirilmə­sinin zəruriliyini vurğulayıb. 

V. Qasımlı energetika sahəsində əməkdaşlıq, xüsusilə, Mərkəzi Asiyadan Avropaya elektrik enerjisinin ixracı bağlı qarşıda duran hədəflərdən söz açaraq bu istiqamətdə əsas prioritetləri diqqətə çatdı­rıb. O, həmçinin İİTKM ilə Özbəkistanın İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzi arasında 2021-ci ildə imzalanmış Memo­randumu xatırladaraq həmin sənəd çərçi­vəsində son illər həyata keçirilmiş mühüm layihələri vurğulayıb.

O.Hakimov isə Azərbaycanın nail olduğu dinamik iqtisadi inkişafı yüksək qiymətləndirib, bu məqsədlə İİTKM ilə əməkdaşlığın vacibliyini və Özbəkistanın sosial-iqtisadi inkişafına dəstək verən təc­rübələrin öyrənilməsində maraqlı olduqla­rını qeyd edib. O, iki ölkə arasında ticarət, investisiya, strateji tərəfdaşlıq sahələrində əlaqələrin mühüm əhəmiyyət daşıdığını və ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və iqtisadi inteqra­siyanın dərinləşdirilməsi ilə bağlı əmək­daşlığa hazır olduqlarını bildirib.

Sonda İİTKM-in proqram idarəetmə­si modulları, o cümlədən “azranking.az”, “Azexport”, Rəqəmsal Ticarət Qovşağı (dth.az), “EnterpriseAzerbaijan” portalları barədə təqdimatlar keçirilb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
2
xalqqazeti.az

7Mənbələr