AZ

“Qarabağ”ın rəqibindən darmadağın

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən “Ayaks” Niderland çempionatında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Amsterdam təmsilçisi Erediviziyada 3-cü turdan təxirə salınmış oyunda “Fortuna Sittard” ilə qarşılaşıb. 

Amsterdamlıların rəqibini 5:0 hesablı darmadağınla yola saldığı matçda qolları Teylor, Traore, Baas, Renş və Akpom vurublar.

Bu nəticədən sonra “Ayaks” 5 turdan əldə etdiyi 6 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Komandanın ehtiyatda daha iki oyunu var.

Qeyd edək ki, “Ayaks” “Qarabağ”ın AL-də evdəki ilk rəqibi olacaq. Komandalar arasında görüş oktyabrın 24-də baş tutacaq.

Niderland Erediviziyası
III turdan təxirə salınmış oyun

Ayaks – Fortuna Sittard 5:0
Qollar:
K.Teylor, 9, B.Traore, 24, Y.Bass, 58, D.Renş, 71, Ç.Akpom, 87.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
2
fanat.az

3Mənbələr