AZ

Leysan: tut ucundan göyə çıx...

Bəzi bölgələrdə güclü yağış gözlənilir 

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən mətbuata verilən məlumata görə, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan yük­sək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağa­cağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarak­terli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağaca­ğı ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 23-27° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacaq.

Q.QASIMOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
49
xalqqazeti.az

10Mənbələr