Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar bu gündən Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
AYNA-dan bildirilib ki, məhdudiyyətlə əlaqədar 32 nömrəli müntəzəm avtobus marşrutunun hərəkəti Nəcəfqulu Rəfiyev küçəsi, Babək prospekti, Sədi Musayev, Rəşid Bağırov və Oqtay Vəliyev küçələri ilə təşkil ediləcək.