Bakıda 18 yaşlı sürücü piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

2006-cı il təvəllüdlü Sultanov Ayaz Rəsul oğlu idarə etdiyi "AUDİ A6" minik markalı avtonəqliyyat vasitəsi ilə Mərdəkan qəsəbəsi ərazisində hərəkətdə olarkən yolu keçən piyada - 1972-ci il təvəllüdlü Əliyeva Kəklik Əli qızını vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info