Bakıda iki nəfərə qarşı dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iki nəfəri aldadaraq ümumilikdə hesabına 20 000 manat ödətdirməkdə şübhəli bilinən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş 38 yaşlı E.Qəhrəmanlı müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.