AZ

Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 15-16-da paytaxtda Mərkəzi Asiyada Enerji keçidi üzrə ilk İnvestisiya Forumu keçiriləcək.

"AzNews.az" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbirin təşkilatçısı nazirlik, eləcə də qurumun yanında Beynəlxalq Bərpa Olunan Enerji Agentliyidir (IRENA).

Forum, iqlimlə bağlı maliyyələşmənin əsas prioritet istiqamət olduğu nəzərə alınmaqla, bu sahədə ambisiyaların artırılmasına və praktiki tədbirlərin həyata keçirilməsinə dəstək məqsədini daşıyır.

IRENA-nın baş direktoru Francesco la Camera deyib: "Lazımi investisiyaların cəlb edilməsində ciddi çətinliklərlə üzləşməsinə baxmayaraq, Mərkəzi Asiya bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı üçün böyük potensiala malikdir. COP29 çərçivəsində enerji keçidinə dair Bakıda keçiriləcək İnvestisiya Forumu sərmayələrlə bağlı maneələri aradan qaldırmaq, maraqlı tərəflərin fəaliyyətlərini əlaqələndirmək və dünyanın diqqətini bu bölgədən olan layihələrə cəlb etmək üçün xüsusi olaraq hazırlanıb".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
15
aznews.az

3Mənbələr