AZ

İlon Maskla Corc Soros arasında siyasi rəqabət artır

Yazını böyüt
Yazını kiçilt

“Wall Street Journal” (WSJ) texnologiya milyarderi İlon Maskla iş adamı Corc Soros arasındakı siyasi rəqabəti açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Mask Macarıstan əsilli amerikalı milyarder Sorosun dəstəyi ilə vəzifəyə başlayan prokuror Xose Qarzanın Demokrat Partiyasının praymerizlərində uduzmasının qarşısını almaq üçün prosesə müdaxilə edib.

Xəbərdə Tesla CEO-su Mask tərəfindən maliyyələşdirilən Saving Austin adlı qrupun Soros tərəfindən dəstəklənən Qarzaya qarşı qarayaxma kampaniyası apardığı iddia edilir. Dezinformasiya ehtiva edən reklamların dərci və mesajların göndərilməsi üçün qrupa 650 min dollara yaxın vəsaitin verildiyi deyilir.

ABŞ-da radio, televiziya və peyk rabitəsinə nəzarət edən Federal Rabitə Komissiyasının sənədlərinə və kimliklərinin paylaşılmasını istəməyən mənbələrə əsaslanan xəbərə görə, Maskın Respublikaçı lider Donald Trampa verdiyi dəstəklə də gündəmdə olan "siyasətlə gözləniləndən daha geniş bir əlaqə var". Bildirilir ki, dezinformasiya kampaniyasında dərc olunan flayerlərdən bəzilərində “Xose Qarza Ostin küçələrini pedofil və qatillərlə doldurur” və “Növbəti qurban sevdiyiniz biri ola bilər” kimi ifadələrə yer verib.

Qarza demokrat rəqibi Ceremi Silestineyə qarşı 67 faiz səslə praymerizdə qalib gəlib. WSJ-nin məlumatına görə, Qarzanın noyabrın 5-də keçiriləcək seçkilərdə uğur qazanacağı gözlənilir.

Qarza və Silestine, WSJ ilə əlaqə saxlayana qədər Maskın fəaliyyətindən xəbərdar olmadıqlarını iddia edirlər. "Bütün ölkə bu hadisəni nəzərə almalıdır" deyib Qarza WSJ-yə elektron poçtla.

İddia olunur ki, Maskla söhbətində texnologiya milyarderi “Sorosun təsirini azaltmaq istədiyini” deyib.

Keçən il Co Roqanın podkastına qatılan Mask Soros haqqında “Məncə o, bütün insanlığa nifrət edir” demişdi.

Qarzanın rəqibi Silestine üçün 1 milyon dollara yaxın maliyyə vəsaitinin ayrıldığı bildirilir. Bunlar Muskla yaxın münasibətdə olan Palantir Technologies-in həmtəsisçisi Co Lonsdeyl də daxil olmaqla respublikaçıların töhfələri ilə həyata keçirilib.

Qeydlər göstərir ki, Maskın qeyri-rəsmi siyasət müşaviri vəzifəsində çalışmış və Trampı dəstəkləyən kampaniyalarda iştirak edən Lonsdeyl fevralda Silestinenin kampaniyasına 25 min dollar verib.

Digər tərəfdən, Maskın Silestine kampaniyasına birbaşa ianə etdiyinə dair heç bir qeyd olmadığı bildirilir. Bununla belə, milyarderin kimliyini gizli saxlayaraq, maliyyə dəstəyi vermək üçün Respublikaçı siyasi məsləhət şirkəti Axiom Strategies ilə əlaqə saxladığı iddia edilir.

Həmçinin iddia edilir ki, Mask Tesla-nın Ostindəki baş qərargahında işçilərə Qarzanın əvəzinə “cinayətləri həqiqətən təqib edəcək birinə” səs vermələrini deyib.

Xəbərdə Sorosun 2020-ci il seçkilərində Qarzaya dəstək üçün 450 min dollara yaxın yardım etdiyi bildirilərkən, iş adamının bu il heç bir namizədi maliyyələşdirmədiyi paylaşılır.

Seçilən
16
1
hafta.az

2Mənbələr