Bakı. Trend:
18 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası GənclərFondunun təşəbbüsü ilə Yevlax şəhərində yeni və müasir YevlaxGənclər Məkanının açılış mərasimi baş tutub.
Gənclər Məkanının yaradılmasında məqsəd gənclərin asudəvaxtlarını səmərəli və yaradıcı şəkildə keçirmələrinə şəraityaratmaqdır. Məkan gənclərin sosial inkişafını dəstəkləyərək,onların şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirməyihədəfləyir. Yevlax Gənclər Məkanı gənclərə təkcə iştirakçı olmaqimkanı deyil, həm də öz fəaliyyətlərini təşkil etmək üçün genişimkanlar yaradacaq. Burada gənclər öz maraqlarına uyğun layihələr,tədbirlər, klub və yarışlar təşkil edə, liderlik və təşkilatçılıqbacarıqlarını inkişaf etdirə bilərlər.
Açılış mərasimində iştirak edən Azərbaycan RespublikasınınGənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən QədirXəlilov, Yevlax rayon İcra Hakimiyyətinin başçısnın müavini ElnarəƏzizova və digər rəsmilər, Gənclərin İnkişaf və Karyera Mərkəzininbaş ofisinin nümayəndələri, GİKM-in Mərkəzi Aran regionalnümayəndəliyinin əməkdaşları əvvəlcə Yevlax şəhərinin mərkəzindəUlu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə güldəstələri düzüblər.
Açılışda çıxış edən rəsmilər gənclərin inkişafı üçün bu cürməkanların əhəmiyyətini vurğulayaraq, gələcəkdə burada keçiriləcəklayihələrin gənclərin həyatına müsbət təsir edəcəyini qeydediblər.
Rəsmi hissə yekunlaşdıqdan sonra qonaqlar və gənclər məkanınmüasir şəraiti ilə tanış olublar. Açılış mərasimimusiqili-əyləncəli proqramla yekunlaşıb.
Yevlax Gənclər Məkanı bundan sonra gənclərin yeni layihə vətəşəbbüsləri üçün geniş imkanlar təqdim edərək, onlara dəstəkolmağa davam edəcək.