AZ

Leysan yağdı, şimşək çaxıb - FAKTİKİ HAVA

Bu gün saat 10:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Olaylar.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Qrızda 6 mm, Şahdağda 4 mm, Kəlbəcər, Qax (Sarıbaş), Ordubadda 3 mm, Şəki, Xınalıq, Daşkəsən, Gədəbəy, Biləsuvar, Yardımlı, Lerik, Astara, Göygöl, Zaqatala, Qubada 2 mm-dək olub.

Şərq küləyi arabir Culfada 20 m/s-dək güclənib. Daşkəsən, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 30, Aran rayonlarında 27, dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
49
olaylar.az

10Mənbələr