AZ

Kürəkənini güllələyən ata qızını öldürdü

Qayınata ilə kürəkən arasında düşən mübahisənin sonu ölümlə nəticələnib. 

Mübahisə zəminində tapança ilə kürəkənini güləlləyən zaman qadın ərinin qarşısına keçərək özünü ona sipər edib. Nəticədə açılan güllələrdən biri də qızına dəyib.

Ölkə.Az xəbər verir ki, hadisə axşam saatlarında Türkiyənin Aksaray şəhərində iki uşaq atası 30 yaşlı Rəcəb Ok boşanma prosesində olduğu və hələ də birlikdə yaşadığı həyat yoldaşı Fadimana Ok ilə maşınları ilə evə gələrkən baş verib.

Onlara yolda qızın atası  50 yaşlı Mehmet A. ilə qarşılaşıblar. Bu zaman qayınata ilə kürəkən arasında mübahisə düşüb. Mübahisə böyüyərkən Mehmet A. belində gəzdirdiyi silahla kürəkəni Rəcəb Oku vurub.

Həmin vaxt Fadimana Ok da ərini qorumaq istəyib. Rəcəb Ok sinə və qarın nahiyəsindən 3 güllə, Fadimana Ok isə sinəsindən 1 güllə yarası alıb. Kürəkəni və qızını güllələyən Mehmet tez  hadisə yerindən qaçıb. 

Yaralılar xəstəxanaya qaldırılsa da, həkimlər Fadimana Okun həyatını xilas edə bilməyib və o  dünyasını dəyişib.

Rəcəb Okun həyati təhlükəsinin olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırma başlasa da, polis Mehmet A.-nın tutulması istiqamətində  axtarış əməliyyatını davam etdirir.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
olke.az

1Mənbələr