Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasında iştirak edəcək yeni komandaların adları bəlli olub.
Prosport.Az-ın xəbərinə görə, bunlar "Sumqayıt" Regional Voleybol Klubu və Fövqəladə Hallar Nazirliyinin (FHN) komandasıdır.
Ötən il yaradılmış "Sumqayıt" son mövsümdə regional (şimal) liqada çıxış edib. Onun baş məşqçisi yeniyetmə və gənc oğlanlardan ibarət millimizin iranlı çalışdırıcısı Cahangir Seyid Abbasi olacaq. FHN isə əvvəllər çempionatda çıxış etmiş "Xilasedici"dir.
Qeyd edək ki, ötən il ölkə çempionatında “Azərreyl”, “Murov Az Terminal”, “Neftçi” İK, MOİK, "Xarı Bülbül" (Şuşa) və "Xarı Bülbül" (Laçın) kollektivləri mübarizə aparıb. Lakin son 2 komanda maliyyə problemləri üzündən mövsümün ortasından Yüksək Liqada mübarizəsini dayandırdığından, çempionat 4 komandanın mübarizəsi ilə yekunlaşıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta