AZ

Antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların məzarı ziyarət olunub - FOTO - YENİLƏNİB

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Antiterror əməliyyatının ildönümü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət edib.

APA MN-ə istinadən xəbər verir ki, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülərək xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

Tədbirdə şəhidlərin ölməzliyindən danışılıb və onların xatirələrinin hər zaman əziz tutulacağı əminliklə qeyd olunub.

***

09.45

2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub.

APA xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmiləri, şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri II Fəxri xiyabanına gələrək burada dəfn olunan şəhidləri ziyarət edib, məzarları önünə əklil qoyub, gül dəstələri düzüb, xatirələrini yad ediblər.

Sonra nazirliyin hərbi orkestrının ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Xatırladaq ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatlarından sonra bölgə separatçı terrorçulardan təmizlənib.

Emin Şirvanzadə

Nadir Yalçın

Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror Antiterror
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
15
apa.az

10Mənbələr