Bakı. Trend:
Bu il keçiriləcək sərgi miqayısına görə ötən illərlə müqayisədədaha genişdir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Repsublikası MüdafiəSənayesi Nazirliyinin Aparat rəhbəri Samir Ağabalayev 5-ci YubileyAzərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX" və 14-cü BeynəlxalqDaxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi"Securex Caspian" sərgilərinə həsr olunmuş mətbuat konfransındançıxışı zamanı deyib.
O qeyd edib ki,2024-cü ildə "ADEX" və "Securex Caspian"sərgilərinin miqyası daha da genişlənərək, əvvəlki illərlə nisbətdəekspozisiyada artım nümayiş etdirir. Belə ki, sərgilər bu il artıqBakı Ekspo Mərkəzinin yeni istifadəyə verilmiş 4- cü zalı da daxilolmaqla bütün ekspozisiyasını, eləcə də açıq sahəsini əhatəedəcəkdir.
“Sərgilərdə 38 ölkəni təmsil edən 270-dək şirkət iştirakınıtəsdiq edib. İştirakçı ölkələr Azərbaycanla yanaşı ABŞ, Belarus,Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya,Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər,Rusiya Federasiyası, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukraynavə digərləridir. Builki sərgilər iştirakçıların ümumi sayının34%-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. İştirakçıölkələr arasında Macarıstan, Qətər, Sinqapur və Slovakiya 2022-ciil ilə müqayisədə sərgilərin yeni iştirakçılarıdır.
14 ölkə sərgilərdə milli pavilyonla təmsil olunacaq. Belə ki,Azərbaycan, Belarus, Çexiya, Çin, İtaliya, İsrail, Macarıstan,Pakistan, Qətər, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukraynasərgilərdə milli pavilyonla iştirak edəcək. 2022-ci il iləmüqayisədə iştirakçıların sayında 32% artım qeydə alınıb”,- deyə oəlavə edib.
Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzindəregionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tadbir olan 5-ciYubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçiriləcək.Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə vəXilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkiledilacak. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildənbir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10ildir ki, fəaliyyət göstərir və ildən-ilə İştirakçı siyahısını vəəhatə etdiyi sektorları genişləndirir.
Sərgi 10 illikuğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıqölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-yə yaxın rəsminümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini30000-dən çox qonaq ziyarət edib.