AZ

Hərbçilər İkinci Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO 

Yazını böyüt
Yazını kiçilt

Ötən il sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunur.

Hafta.az xəbər verir ki, şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri, eləcə də hökumət rəsmiləri İkinci Şəhidlər xiyabanına gələrək burada dəfn olunan şəhidlərin məzarlarına qərənfillər düzür, əklil qoyur, onların xatirələrini ehtiramla yad edirlər.

Qeyd edək ki, Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatlarından sonra ərazi separatçı terrorçulardan təmizlənib.

 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
31
hafta.az

10Mənbələr