Bakı, 19 sentyabr, AZƏRTAC
ADA Universitetində dövlət rəsmilərinin, şirkət direktorlarının, 100-dək investor və 50-dən çox startap komandasının iştirakı ilə “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə təşkil olunacaq startaplar üzrə dünya çempionatının (“Startup World Cup”) regional mərhələsi keçirilir.
AZƏRTAC xəbər verir ki, “Technovate-Sabah Mələk İnvestorlar Klubu”nun prezidenti Fərid İsmayılzadə startap yarışlarının dünyada qlobal tədbir olduğunu bildirib.
F.İsmayılzadə, həmçinin qeyd edib ki, mükafat fondu 1 milyon dollar təşkil edir: “Azərbaycanda bu tədbir ilk dəfə keçirilir. Bu gün 5 startapdan 1-i qalib gələcək və oktyabrın 4-də ABŞ-ın San-Fransisko şəhərində 1 milyon dollar uğrunda yarışda qalib adı üçün yarışacaqlar”.