ABŞ rəsmiləri Rusiya ilə əməliyyatlara davam edəcəkləri təqdirdə Türkiyənin maliyyə qurumlarını sanksiyalarla hədələyib.
Axar.az xəbər verir ki, bu barədə TASS Türkiyə maliyyə konsaltinq sahəsindəki mənbəyə istinadən məlumat yayıb.
“ABŞ-dan nümayəndə heyəti gəlmişdi. Onların nümayəndələri Rusiya ilə münasibətləri davam etdirdiklərinə görə ölkəmizdəki bankları üstüörtülü sanksiyalarla hədələyib”, - mənbə bildirib.