Dünyada dörd ölkə var ki, onların səfirləri də öz dövlətləri kimi toksik olur və onlar tez-tez digər ölkələrin daxili işlərinə qarışır, bəzi ölkələrə qarşı vaxtaşırı ədalətsiz açıqlamalar verməklə gündəmə gəlirlər. Söhbət Fransa, ABŞ, Rusiya və İran səfirlərindən gedir
Məsələn, Fransanın və İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfirləri Olivye Dekotini və Mehdi Sobhani dünyada ən zəhərli ritorikaya malik diplomatlar kimi tanınırlar. Bu iki qatı ermənipərəst türk düşməni hər fürsətdə Azərbaycanın əleyhinə əsassız ittihamlar səsləndirir və Zəngəzur dəhlizinin açılışını əngəlləmək üçün dəridən-qabıqdan çıxırlar.
Ötən gün Beyrutda peycerin partlaması nəticəsində bir gözü çıxan, digər gözü isə ciddi şəkildə zədələnən İranın Livandakı səfiri Müctəba Amani də toksik diplomatlardan sayılırdı.
SEPAH rəsmilərinin mediaya bildirdiklərinə görə, Amaninin xəsarətləri əslində ilkin məlumatda deyildiyindən daha ciddidir və o, müalicə üçün Beyrutdan Tehrana aparılıb.
P.S.
Bəli, İran, Fransa kimi ölkələrin səfiri olmaq da qibtə olunacaq bir karyera deyil. Çünki yürütdükləri zəhərli, məkrli siyasət “bumeranq effekti” ilə elə özlərinə qarşı çevrilir.
Bəybala Mirzəyev
visiontv.az