Bakı. Trend:
Mühasib və Auditorların Avrasiya Forumu çərçivəsində digərölkələrin təşkilatları ilə əməkdaşlıq memorandumlarıimzalanacaq.
Trend xəbərverir ki, bu barədə VIII Mühasib və Auditorların Avrasiya ForumundaAzərbaycanın peşəkar maliyyə menecerləri assosiasiyasının (APFM)sədri Nuriyyə Novruzova bildirib.
"O gün şəffaflığın artması və maliyyə nəzarətinin güclənməsifonunda, davamlı maliyyə uçotu standartlarına keçidin əhəmiyyətinədiqqət yetirmək vacibdir. Yeni dövrün iqtisadi reallıqlarını nəzərəalaraq, həyata keçirilmiş kompleks tədbirlər ölkədə beynəlxalqtələblərə uyğun maliyyə uçotu sisteminin təkmilləşdirilməsinə köməketdi.
Bugünkü konfrans davamlı inkişaf, hesabatlıq və şəffaflıq kimimühüm sahələrdə qlobal çağırışları və perspektivləri müzakirə etməküçün unikal bir imkan təqdim edir. Biz əminik ki, bu sahədəqabaqcıl təcrübə mübadiləsi şəffaflığın artırılması və mövcudproblemlərin həlli üçün əlverişli şəraitin yaradılmasıistiqamətində mühüm bir addım olacaq", - o vurğulayıb.
O əlavə edib ki, APFM 2007-ci ildən maliyyə sahəsindəpeşəkarların hazırlanması üzrə layihələri uğurla həyata keçirir, buda onların davamlı peşəkar inkişafına yönəlib.
"Forum daxilində digər ölkələrin peşəkar təşkilatları iləəməkdaşlıq memorandumu imzalanacaq ki, bu da uzunmüddətlitərəfdaşlığın əsasını yaradacaq", - o əlavə edib.