AZ

BFB-nin sədri: "Azərbaycanda fərdi investorların fəaliyyəti zəifdir"

Azərbaycanda fərdi investorların fəaliyyəti zəifdir.

FED.az xəbər verir ki, bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) yeni brend kimliyi ilə bağlı keçirilən mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.

"Bunun bir neçə səbəbi var - maliyyə savadlılığıının aşağı səviyyədə olması, investisiya alətlərinə çıxışın məhdud olması və bazarda infrastrukturun yetərincə inkişaf etməməsi xüsusi əhəmiyyət kəsb edir. Maliyyə savadlılığının yetərli olmaması investorların riskləri düzgün qiymətləndirə bilməməsinə və maliyyə qərarlarında ehtiyatlı davranmasına səbəb olur. Bundan əlavə, ölkədə müxtəlif investisiya məhsulları, məsələn, səhmlər, istiqrazlar və digər maliyyə alətləri kifayət qədər tanıdılmır və əhalinin onlara marağı azdır", - deyə o qeyd edib (Report)

Seçilən
8
4
fed.az

5Mənbələr