AZ

ABŞ Federal Ehtiyat Sistemi 2020-ci ildən bəri ilk dəfə əsas faiz dərəcəsini aşağı salıb

 

Baza faiz dərəcəsi illik 4,75-5,25 faizə endirilib. Bundan əvvəl, bir ildən çox müddət ərzində son 20 ildə ən yüksək səviyyədə idi.

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FRS) baza faiz dərəcəsini 50 bənd azaldıb - illik 4,75-5,25 faiz. Bu barədə qurumun çərşənbə günü, sentyabrın 18-də dərc olunmuş press-relizində deyilir.

Baza faiz dərəcəsi bir ildən çoxdur ki, son 20 ilin ən yüksək səviyyəsindədir. Onun səviyyəsi illik 5,25-5,5 faiz təşkil edib. Uçot dərəcəsinin artırılması siyasəti Federal Ehtiyat Sistemi tərəfindən maksimum məşğulluğa nail olmaq və inflyasiyanın iki faiz səviyyəsində azaldılması, sonra isə konsolidasiya edilməsi məqsədi ilə həyata keçirilirdi. Təşkilatın press-relizində bu məqsədə doğru irəliləyiş qeyd olunur, lakin eyni zamanda inflyasiyanın səviyyəsi “bir qədər yüksək” olaraq qalır”, - nəşr yazır.

Fed, ABŞ-da rekord inflyasiyaya görə 2022-ci ilin martından uçot dərəcəsini artırmağa başlayıb. Bu müddət ərzində dərəcə ardıcıl olaraq 11 dəfə artıb. FED-in növbəti faiz iclası 6-7 noyabr tarixlərində baş tutacaq.

Seçilən
22
sam.az

1Mənbələr