AZ

Premyer Liqa: “Qarabağ” - “Neftçi” matçı Ağayevə tapşırıldı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 7-ci turunun təyinatları açıqlanıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən məlumat verir.

Bu turda keçiriləcək “Qarabağ” – “Neftçi” matçının da baş hakimi müəyyənləşib. Turun mərkəzi qarşılaşmasını FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Qeyd edək ki, sentyabrın 20-də start veriləcək tura ayın 22-də yekun vurulacaq.

Premyer Liqa
7-ci tur
20 sentyabr

17:00. “Kəpəz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rauf Cabarov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Tovuz şəhər stadionu.

20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “Azərsun Arena”.

21 sentyabr

18:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Tovuz şəhər stadionu.

22 sentyabr

18:00. “Səbail” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Bayıl Arena”.

20:30. “Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
9
arena.az

10Mənbələr