AZ

Tarixi dəyişən gün

Bakı. Trend:

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbəxalqımızın tarixində əbədi iz buraxmış və milli qürur simvolunaçevrilmişdir. Bu möhtəşəm zəfərdən dərhal sonra, AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev regionda davamlı sülhünbərqərar olunması üçün Ermənistana sülh təklif etdi. Prezidentinçağırışı ikitərəfli münasibətlərin normallaşdırılması və hər ikiölkənin suverenliyi, ərazi bütövlüyünün qarşılıqlı tanınmasıəsasında sülh müqaviləsi imzalamağa yönəlmişdi. Prezident Əliyevİrəvanı bu tarixi fürsətdən yararlanmağa çağırdı və açıq şəkildəbəyan etdi ki, regionda sülhün və sabitliyin yeganə yolu məhz buanlaşmadan keçir.

Lakin Ermənistan rəhbərliyi, xüsusilə baş nazir Nikol Paşinyan,bu fürsəti rədd edərək daha da təhlükəli yola əl atdı. 10 noyabr2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərini tam yerinəyetirmək əvəzinə, Ermənistan təxribatlar və hərbi eskalasiyasiyasətini seçdi. Ermənistanın baş naziri Paşinyan 2 sentyabr2023-cü il tarixində qanunsuz Qarabağ xuntasını uydurma"müstəqillik günü" münasibətilə təbrik edərək, regionda yenidəngərginliyi artırdı. Daha sonra, 9 sentyabr 2023-cü il tarixindəRusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasındaqanunsuz “prezident seçkiləri”nin keçirilməsi, Ermənistanın sülhprosesinə zidd addımlarının davamı idi.

Ermənistan təkcə öz silahlı qüvvələrini və qanunsuz silahlıdəstələrini Azərbaycan ərazilərindən çıxarmaqdan imtina etmədi,əksinə, bu ərazilərə hərbi qüvvə, texnika və silah-sursatgöndərməyə davam etdi. Bundan başqa, erməni tərəfi yeniistehkamların tikintisinə, mövqelərin möhkəmləndirilməsinə vəərazilərin minalanmasına cəhd göstərdi. Bu təxribatlar Azərbaycanıöz haqlı mövqeyini daha da güclü müdafiə etməyə və suverenliyiniqorumaq üçün qəti tədbirlər görməyə vadar etdi.

19 sentyabr 2023-cü il tarixində Ermənistan silahlı qüvvələri vəseparatçı dəstələr genişmiqyaslı hərbi təxribatlara əl atdı.Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda erməni diversiya qruplarıtərəfindən əvvəlcədən basdırılmış minanın partlaması nəticəsindəiki mülki şəxs həlak oldu. Eyni gündə, Azərbaycan DaxiliQoşunlarının hərbçilərini daşıyan avtomobil başqa bir minapartlayışı nəticəsində zərər çəkdi, dörd hərbçi həlak oldu. Butəxribatlar, Azərbaycanı daha genişmiqyaslı və qəti addımlar atmağavadar etdi.

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da ErmənistanınKrasnoselo rayonundakı mövqelərdən Gədəbəy rayonuna atəş açıldığınıvə ermənilərin bölgədə radiomaneələr tətbiq etdiyini bildirdi. Eynizamanda, Azərbaycanın mövqeləri atəşə tutuldu və Ermənistan tərəfihərbi mövqelərini daha da möhkəmləndirmək üçün təxribatçıfəaliyyətlərə davam etdi. Sentyabrın 19-da, Azərbaycanın MüdafiəNazirliyi Qarabağda antiterror tədbirlərinin başladığını bəyanedərək, Ermənistan silahlı qüvvələrinin mövcudluğunu regional sülhəciddi təhdid adlandırdı. Nəticədə, Azərbaycanın separtçılara vəterrorçulara qarşı əməlyyatı başladı.

Bu lokal antiterror əməliyyatları çərçivəsində AzərbaycanSilahlı Qüvvələri bir-biri ilə dəqiq əlaqə quraraq, erməniqüvvələrinin təchizat yollarını bağladı, strateji mövqeləri nəzarətaltına aldı və separatçı dəstələrin mövqelərinə qarşı dəqiqzərbələr endirdi. Azərbaycan ordusu 90-dan çox hərbi mövqeninəzarət altına alaraq, düşmənin müdafiə xətlərini yarıb keçdi vəmühüm strateji yolları ələ keçirdi. Əməliyyat zamanı erməni silahlıqüvvələrinə məxsus onlarla texnika, o cümlədən artilleriyasistemləri, minaatanlar, zenit-raket kompleksləri və digər hərbivasitələr məhv edildi.

Bir neçə saat ərzində Azərbaycan Ordusu erməni qüvvələrinin60-dan çox döyüş mövqeyini nəzarətə aldı və 90-dan çox hərbitexnikanı məhv etdi. Bu əməliyyatlar zamanı mülki əhalinintəhlükəsizliyi əsas prioritet olaraq saxlanıldı və hərbiəməliyyatlar beynəlxalq hüququn normalarına uyğun şəkildə həyatakeçirildi.

Azərbaycanın həyata keçirdiyi bu əməliyyatlar nəticəsindəQarabağdakı erməni separatizminin əsas dayaqları sarsıldı.Azərbaycan suverenliyini tam olaraq bərpa etdi və Qarabağbölgəsindəki separatçı qüvvələr məğlubiyyətə uğradıldı. BayrağımızXankəndi, Ağdərə, Əsgəran və digər ərazilərdə qaldırıldı və buərazilər Azərbaycan dövlətinin nəzarətinə keçdi. Ermənistantərəfinin təslim olması ilə Qarabağın erməni əhalisi ilə Yevlaxdasülh danışıqları başlandı və bölgədə sabitlik bərqərar olmağabaşladı.

Əməliyyat gündüz vaxtı, dağ-meşə şəraitində əlverişsiz havaşəraitində başlasa da, qarşıya qoyulmuş bütün vəzifələr dəqiqlikləvə müəyyən edilmiş müddətdə yerinə yetirildi. AzərbaycanRespublikasının Müdafiə Naziri Zakir Həsənov əməliyyatın gedişatınıAzərbaycan televiziyasına verdiyi müsahibədə təsvir edərkənbildirdi ki, əməliyyat bir sutkadan az davam etdi, saat 13:00-dabaşladı və artıq saat 22:00-a qədər Ermənistanın əksər birləşmələrimühasirəyə alındı. O, təsdiqlədi ki, Azərbaycan qüvvələri düşməninbütün təchizat yollarını tez bir zamanda kəsdi və onların havadanmüdafiə və idarəetmə sistemlərini sıradan çıxardı ki, bu da erməniqüvvələrinin kapitulyasiyasına səbəb oldu.

Bir sutkadan az bir müddətdə Azərbaycan Silahlı Qüvvələri 406kvadrat kilometr ərazini tamamilə təmizlədi və nəzarətə götürdü.Ordumuz yüksək peşəkarlıq nümayiş etdirərək antiterror əməliyyatınıbeynəlxalq humanitar hüququn normalarına və prinsiplərinə tam uyğunşəkildə həyata keçirdi, mülki əhali arasında itkilərə yol vermədivə mülki obyektlərə ziyan vurmadı. Azərbaycan Ordusu qısa müddətdə15-18 min nəfərdən ibarət düşmən qruplaşmasını təslim olmağa məcburetdi.

19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Ordusunundəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriyasistemi, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizəvasitəsi və 9 hərbi-nəqliyyat vasitəsi məhv edildi.

Bu əməliyyatlar təkcə hərbi bir uğur deyil, həm də Azərbaycanınregional qüvvə kimi beynəlxalq nüfuzunu bir daha təsdiq etdi.Ermənistana qarşı sülh çağırışları nəticəsiz qaldıqda, Azərbaycanqətiyyətli hərbi tədbirlərlə öz ərazi bütövlüyünü tam təmin etdi.Bu zəfər, Azərbaycanın 2020-ci il Vətən müharibəsindəki qələbəsinindavamı və möhkəmləndirilməsi kimi tarixdə öz yerini tutdu.

Sentyabrın 19-20-də Azərbaycan tərəfindən Qarabağdakı separatçıqüvvələrə qarşı uğurla keçirilmiş lokal antiterror tədbirlərindənsonra bir sıra Qərb ölkələri və beynəlxalq təşkilatlar tərəfindənAzərbaycana qarşı təzyiqlərin və təhdidlərin artdığı müşahidəedilir. Bu təzyiqlərin əsas məqsədi Azərbaycanın Qarabağməsələsində göstərdiyi qətiyyətli mövqedən geri çəkilməsi vəseparatçı qüvvələrin maraqlarının qorunmasıdır.

2024-cü ilin əvvəllərindən etibarən bir çox Qərb ölkəsi, ocümlədən bəzi Avropa İttifaqı üzvü dövlətlər və beynəlxalqtəşkilatlar, Azərbaycana qarşı sanksiya təhdidləri ilə çıxış etmişvə insan hüquqları məsələlərini bəhanə edərək Bakıya qarşı siyasitəzyiq göstərməyə çalışıblar.

Bir çox beynəlxalq media və Qərb dövlətlərinin rəsmi dairələriAzərbaycanı “humanitar böhran” yaratmaqda və guya erməni əhalisininhüquqlarını pozmaqda ittiham edir. Məsələn, ABŞ dövlət katibiEntoni Blinken Qarabağdakı hadisələrdən dərhal sonra Azərbaycanıtənqid edən açıqlamalar vermiş və ölkənin hərbi tədbirləriniqeyri-adekvat adlandırmışdı. O, Azərbaycanın qətiyyətli mövqeyindəngeri çəkilməli olduğunu bildirmişdi. Eyni zamanda, FransaPrezidenti Emmanuel Makron da Ermənistanın mövqeyini açıq şəkildədəstəkləmiş və Qarabağdakı separatçı rejimə olan rəğbətini ifadəetmişdi.

2024-cü ildə bəzi Avropa Parlamentinin üzvləri və AvropaŞurasının nümayəndələri də Azərbaycana qarşı sanksiyalar tətbiqolunması məsələsini müzakirə etdilər. Onlar Qarabağdakı erməniicmasının “haqlarının” qorunması üçün beynəlxalq müşahidəçilərinyerləşdirilməsi təklifini dəstəkləyiblər. Lakin bu təkliflərin heçbiri Azərbaycan rəhbərliyi tərəfindən qəbul edilməyib, çünki bu,Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.

Bəzi Qərb dövlətlərinin və təşkilatlarının təzyiqləri iləyanaşı, Ermənistan hökumətinin də bu prosesdə xüsusi rolu var.Nikol Paşinyan rəhbərliyindəki Ermənistan hökuməti son zamanlarseparatçı qüvvələrə açıq dəstək verməklə yanaşı, revizionistyanaşmalarını da gücləndirmişdir. 2024-cü ilin əvvəllərindəErmənistanın müxtəlif rəsmiləri Azərbaycana qarşı təhdidkarbəyanatlarla çıxış etmiş və beynəlxalq səviyyədə Qarabağməsələsinin yenidən gündəmə gətirilməsi üçün fəaliyyətgöstəriblər.

Bəzi Qərb ölkələri, xüsusilə Fransa, Ermənistanın bu mövqeyinidəstəkləyərək, açıq şəkildə Azərbaycana qarşı düşmənçilik nümayişetdirmişdir. Məsələn, Fransanın Avropa işləri üzrə naziri LoranVokie mart ayında verdiyi açıqlamada Azərbaycanın hərbitədbirlərini “erməni xalqına qarşı cinayət” adlandırmış və bumövzunu Avropa İttifaqının gündəminə daşımağa çalışmışdı.

Qarabağdakı separatçı qüvvələrin revanşist mövqeyiningücləndirilməsi Ermənistanın bəzi dairələri tərəfindən aktivşəkildə dəstəklənir. Ermənistan daxilində bu cür separatçıdüşüncələr genişlənir və revanşizm çağırışları 2024-cü ildə dəintensivləşmişdir. Qərb ölkələrinin bir çoxu isə bu prosesdəqeyri-rəsmi olaraq iştirak edir və Ermənistanın Azərbaycana qarşısiyasətini dəstəkləyir. Bu, regionda gərginliyin artmasına və yenitoqquşma təhlükəsinin yaranmasına səbəb olur.

Qərb ölkələrinin və beynəlxalq təşkilatların Azərbaycanatəzyiqləri, həmçinin Ermənistanın revanşist mövqeyinə dəstək,Cənubi Qafqazda sabitliyi ciddi təhlükə altında qoyur. Bunabaxmayaraq, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünüqorumaq üçün qətiyyətli mövqeyini davam etdirir.

Seçilən
3
4
az.trend.az

2Mənbələr