AZ

Çin kosmosa 2 peyk buraxıb

Çin kosmosa BeiDou Peyk Yerləşdirmə Sisteminin (BDS) bir hissəsini təşkil edəcək iki peyk göndərib.Elchi.az xəbər verir ki, Sinxua agentliyinin xəbərinə görə, Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən “Long March-3B” daşıyıcı raketi ilə iki “BeiDou-3” peyki kosmosa buraxılıb.BeiDou şəbəkəsinin 59-cu və 60-cı hissələri olan peyklər orbital sınaqlar aparıldıqdan sonra işə salınacaq.Buraxılış Long March raketləri ilə həyata keçirilən 535-ci uğurlu nəqliyyat missiyası idi.Çin hökuməti ABŞ-ın GPS qlobal yerləşdirmə sistemindən hərbi asılılığını azaltmaq üçün BDS hazırlayır.BeiDou peyk şəbəkəsi üçün ilk peyk 2000-ci ildə buraxılmışdır. Dörd peykdən ibarət “BDS-1” şəbəkəsinin ardınca 26 peykdən ibarət “BDS-2” və 40 peykdən ibarət “BDS-3” şəbəkəsi ilə sistem inkişaf etdirilir.“BDS-4” adlı yeni nəsil peyk şəbəkəsinin 2035-ci ilə qədər sistemə əlavə edilməsi hədəflənir.Şayəstə Hüseynova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
2
elchi.az

3Mənbələr