AZ

Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyalarının yaradılması istiqamətində işlər aparılır.

"Operativ Media" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Bakıda keçirilən “Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfransda çıxışı zamanı deyib.

“Ötən il Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nı təsdiq edib, həmçinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na da uyğun olaraq ölkəmizdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində bir sıra tədbirlər həyata keçirilir. Bugünkü “Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfransda bu strategiyalardan irəli gələn məsələlər müzakirə olunacaq. Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyalarının yaradılması istiqamətində işlər aparılır”, - deyə Sahib Ələkbərov bildirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
5
operativmedia.az

6Mənbələr