İlham Əliyev 200 illik tariximizin ən şərəfli qələbəsinə imza atdı
27 sentyabr Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı uğrunda canını fəda edən qəhrəman əsgər və zabitlərimizin əziz xatirəsinin anıldığı müqəddəs bir gün olmaqla yanaşı, həm də qürur və şərəf günümüzdür. 27 sentyabr milli iradəmizin, qürurumuzun, cəsarətimizin 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan təcavüzkar, qəddar, amansız işğalçının və onun himayədarlarının üzərində qləbə çaldığı şərəfli tariximizin ayrılmaz bir parçasıdır. Məhz 27 sentyabrdan başlayan milli qürur hərəkatı, müzəffər Ordumuzun qəhrəman əsgər və zabitlərinin rəşadəti xalqımıza qarşı 200 ildən çox davam edən ədalətsizliyə son qoydu və müqəddəs üçrəngli bayrağımızı Vətən torpağının, bir zamanlar əlçatmaz görünən ucalıqlarında dalğalandırdı.
27 sentyabrdan başlayan müqəddəs Vətən müharibəsi əsrlər boyu apardığımız milli mücadilənin ədalətli nəticəyə varan yeganə və bəşər tarixinə qızıl hərflərlə yazılan nümunəsidir.
Prezident, Ali Baş Komandan İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk gündən, bütün tribunalardan Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını bəyan edirdi, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq deyirdi və belə də oldu.
AZ
EN
RU
Ana səhifə
Ölkə
COP29
Qərbi Azərbaycan
Diaspor
Parlament
Təhsil
Hadisə
İqtisadiyyat
İdman
Analitika
Qarabağ
Aktual
Müsahibə
Reportaj
Media
Fotosöhbət
Dünya
Mədəni̇yyət
Ədəbi̇yyat
Son xəbərlər
Foto və Video
Redaksiya siyasəti
Əlaqə
Modern.az Facebook səhifəsi
Modern.az Instagram səhifəsi
Modern.az Teleqram kanalı
Modern.az Youtube kanalı
Modern.az Whatsapp nömrəsi
Modern.az Twitter səhifəsi
Modern.az reklamınız burada
İlham Əliyev 200 illik tariximizin ən şərəfli qələbəsinə imza atdı
İlham Əliyev 200 illik tariximizin ən şərəfli qələbəsinə imza atdı
Aktual 19 Sentyabr 2024, 10:46
27 sentyabr Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı uğrunda canını fəda edən qəhrəman əsgər və zabitlərimizin əziz xatirəsinin anıldığı müqəddəs bir gün olmaqla yanaşı, həm də qürur və şərəf günümüzdür. 27 sentyabr milli iradəmizin, qürurumuzun, cəsarətimizin 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan təcavüzkar, qəddar, amansız işğalçının və onun himayədarlarının üzərində qləbə çaldığı şərəfli tariximizin ayrılmaz bir parçasıdır. Məhz 27 sentyabrdan başlayan milli qürur hərəkatı, müzəffər Ordumuzun qəhrəman əsgər və zabitlərinin rəşadəti xalqımıza qarşı 200 ildən çox davam edən ədalətsizliyə son qoydu və müqəddəs üçrəngli bayrağımızı Vətən torpağının, bir zamanlar əlçatmaz görünən ucalıqlarında dalğalandırdı.
27 sentyabrdan başlayan müqəddəs Vətən müharibəsi əsrlər boyu apardığımız milli mücadilənin ədalətli nəticəyə varan yeganə və bəşər tarixinə qızıl hərflərlə yazılan nümunəsidir.
Prezident, Ali Baş Komandan İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk gündən, bütün tribunalardan Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını bəyan edirdi, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq deyirdi və belə də oldu.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirərək, 200 illik tariximizin ən böyük və ən şərəfli qələbəsinə imza atdı, dünya hərb tarixinin yönünü, istiqamətini dəyişdirdi.
Vətənə, xalqa, dövlətə və dövlətçiliyə, əcdadların vəsiyyətinə bağlılığın, sədaqətin haqsızlığa məruz qalan bütün xalqlar üçün nümunəsini yaratdı.
Azər Kərimli
VI çağırış Milli Məclisin deputatı