AZ

®Bakıda “Xəzəri Qoruyaq!” kampaniyasının yekun aksiyası keçiriləcək

“Coca-Cola” və tərəfdaşları növbəti dəfə “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiyaya start verib.

Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları, qeyri-hökumət təşkilatlarının əməkdaşları və könüllüləri Xəzər dənizi sahillərini tullantılardan təmizləmək üçün artıq 15-ci ildir ki, kampaniyaya qoşulurlar. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan və sentyabrın 7-dən 21-nə qədər davam edəcək aksiya Xəzərin Lənkəran çimərliklərindən Bakı çimərliklərinə qədər sahilboyu əraziləri əhatə edir. Artıq aksiyanın regionlar hissəsi başa çatıb.

Regionlar üzrə toplanan tullantı həcmi aşağıdakı kimidir:

∙ 7 sentyabrda Lənkəran/Astara çimərliklərindən ümumilikdə 880 kq tullantı

∙ 10 sentyabrda Xaçmaz çimərliklərindən 700 kq tullantı

∙ 12 sentyabrda Şabran çimərliklərindən 550 kq tullantı

∙ 14 sentyabrda Siyəzən çimərliklərindən 800 kq tullantı

∙ 16 sentyabrda Sumqayıt çimərliklərindən 300 kq tullantı

“Xəzəri Qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində təşkil edilir. Kampaniyanın məqsədi ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərini təbliğ etməkdir. Aksiya zamanı toplanacaq tullantılar çeşidlənərək təkrar emala göndərilir.

“EcoHub” ictimai birliyinin təşkilatçısı olduğu aksiyanın əsas tərəfdaşları “Coca-Cola”, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Carlsberg Azerbaijan”, “Baker Huges”, “Bakcell”, “AmCham”, “Global Media Group” və “McDonald's” şirkətləridir.

Aksiyaya dəstək olan digər tərəfdaşlar isə ADRA, “PwC Azərbaycan”, “Təmiz Şəhər”, “Port of Baku”, ABŞ-nin Azərbaycandakı Səfirliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Skautlar Assosiasiyası, “Yaşıl ASAN”, “Freken Bok”, “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi, “Global Shapers Shamakhi Hub”, “Liv Bona Dea Hospital”, “Smile” və Azərbaycan Jurnalistlər Şəbəkəsidir.

Kampaniyanın yekun aksiyası isə sentyabrın 21-də Bakıda — Xəzərin Novxanı çimərliyində keçiriləcək.

Xatırladaq ki, “Xəzəri Qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik günü çərçivəsində təşkil edilib. 1986-cı ildə təsis edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı beynəlxalq könüllü hərəkatı Azərbaycanda “Xəzəri Qoruyaq!” şüarı ilə artıq 15 ildir ki, iştirak edir. Bu kampaniya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 66 hektardan çox ərazisi təxminən 50 ton məişət tullantısından təmizlənib.

Qeyd edək ki, aksiyanın sosial şəbəkələrdəki hesabından (@xezeriqoruyaq) aksiyanın keçiriləcəyi əraziyə qədər nəqliyyat servisi və digər məsələlər barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
azertag.az

2Mənbələr