"Oba” marketdən alınan xama xarab çıxıb.
Bu barədə sosial şəbəkələrdə video yayılıb.
Vətəndaş əlindəki xarab olmuş xamanı nümayiş etdirərək məhsulu "Oba” marketdən aldığını iddia edib.
Görüntülərdən aydın olur ki, xamanın içində qara ləkələr var.
"Oba” marketlər şəbəkəsi "Veysəloğlu” şirkətinə məxsusdur.
Şirkətin sahibi iş adamı Aydın Talıbovundur.
"Araz” marketlər şəbəkəsi də "Veysəloğlu” şirkətinə məxsusdur./Reportyor.info