AZ

17 yaşlı oğlan 7-ci sinif şagirdi ilə cinsi əlaqədə oldu: Qız şikayətçi olmadı

Göygöl rayonunda 12 yaşlı qızla cinsi əlaqədə olmuş 2007-ci il təvəllüdlü Polad Kazımova (soyad şərtidir) cinayət işi açılıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, 17 yaşlı oğlan Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Məlum olub ki, Polad “Instagram” sosial şəbəkəsində Gəncə şəhər sakini, 12 yaşlı Esmira (şərti adlı) ilə tanış olub və aralarında sevgi münasibəti yaşanıb. Onlar bir neçə dəfə 36 saylı marşrut avtobusu ilə Gəncədən Göygölün Qırıxlı kəndinə gedərək oada Poladın əmisinə məxsus evdə vaxt keçiriblər və intim münasibətdə olublar.

Barəsində cinayət işi açılan 17 yaşlı oğlan Esmira ilə onun razılığı və istəyi ilə münasibətdə olduğunu deyib. O, müəyyən edilmiş yaş həddinə çatdıqda Esmira ilə evlənməyi planlaşdırdığını deyib.

Zərərçəkmiş qız da ifadəsində hal-hazırda Poladla bir-birilərini sevdiklərini, gələcəkdə evlənəcəklərini deyib. O, təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını deyərək ona yüngül cəza verilməsini xahiş edib.

Göygöl rayon Məhkəməsinin bir neçə gün əvəvl çıxardığı hökmlə gənc oğlana 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun ayağına elektron qolbaq taxılıb.

Kərim Abbaszadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
bakivaxti.az

1Mənbələr