AZ

Şimali Koreyada super başlıqlı raket sınaqdan keçirildi

Şimali Koreya bəyan edib ki, 4,5 ton ağırlığında super böyük adi döyüş başlığı ilə təchiz edilmiş yeni tipli “Hwasongpho-11-Da-4.5” taktiki ballistik raketi ölkə lideri Kim Çen Inın nəzarəti altında uğurla sınaqdan keçirilib və strateji qanadlı raketin də performansı artırıldığı açıqlanıb.

Turkustan.az xəbər verir ki, dünən keçirilən son silah sınağı ilə bağlı Şimali Koreyadan rəsmi açıqlama verilib. Şimali Koreya Raket İdarəsindən verilən açıqlamada, 4,5 ton ağırlığında super böyük adi döyüş başlığı ilə təchiz edilmiş yeni tipli "Hwasongpho-11-Da-4.5" taktiki ballistik raketinin uğurla sınaqdan keçirildiyi bildirilib.

Bildirilib ki, ölkə lideri Kim Çen Inın nəzarəti altında həyata keçirilən sınaq atışları raketin orta 320 kilometr məsafədə vurulma qabiliyyətini və döyüş başlığının partlayıcı gücünü yoxlamaq məqsədi daşıyıb. Dünən artan performansa malik strateji qanadlı raketin də sınaqdan keçirildiyi qeyd edilərkən, Kimin Müdafiə Elmləri Akademiyası tərəfindən hazırlanmış 7,62 mm snayper tüfəngi və 5,56 mm avtomatik tüfəng kimi müxtəlif silahların istehsalına da nəzarət etdiyi və məlumat aldığı ifadə edilib.

Şimali Koreyanın rəsmi mətbuatında yer alan xəbərlərə görə, Kim sınaq nəticələrindən məmnunluğunu ifadə edərək, istehsal edilən silahların performansının davamlı olaraq yaxşılaşdırılmasının ölkəni əhatə edən çətin təhlükəsizlik mühiti ilə birbaşa əlaqəli olduğunu bildirib. Kim, "Bölgədəki hərbi və siyasi vəziyyətin dövlətimizin təhlükəsizliyini təhdid etməsi onu göstərir ki, müdafiə qabiliyyəti daim gücləndirilməlidir".

Adi silahlarla yanaşı, nüvə enerjisi sahəsində də böyük hücum qabiliyyətinə sahib olmağın zəruriliyini vurğulayan Kim, "Yalnız çəkindirici hərbi gücümüz olduqda düşmənləri strateji səhvlərindən döndərə bilərik" dedi. Kim əlavə edib ki, bu, sülh və sabitliyi qorumaq üçün lazımdır.

Cənubi Koreya Baş Qərargahının (JCS) dünən verdiyi açıqlamada Şimali Koreyanın saat 06.50 radələrində ölkənin şimal-şərq istiqamətinə çoxlu qısa mənzilli ballistik raketlər atdığı bildirilib. Yaponiya hökuməti sınağı təsdiqləsə də, raketlərin Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda, Şimali Koreyanın şərq sahilinə düşdüyü açıqlanıb. Keçən həftə 600 mm-lik reaktiv yaylım atəş sistemini sınaqdan keçirən və uranı zənginləşdirən obyektin fotoşəkillərini dərc edərək nüvə silahı hazırladığını dünyaya elan edən Pxenyanın son raket sınağı bölgədə təhlükəsizlik narahatlığını artırdı.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
turkustan.az

1Mənbələr