Lider mobil operator “Tez-tez yaranan suallar”ın cavablandırılması üçün yeni həll təqdim edir
Müştəri xidmətləri sahəsində geniş təcrübəyə malik olan “Azercell Telekom” MMC tərəfdaşlarının müştəri məmnuniyyətinin artırılmasına yönəlik yeni “İnfoHUB” həllini təqdim edir.
Mia.az-ın məlumatına görə, bu daxili platforma şirkətlərin məlumat bazasını mərkəzləşdirərək müştəri xidmətlərinin səmərəliliyini artırmaq və sorğuların cavablandırma müddətini minimuma endirmək imkanı yaradır.