1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycanda fundamental bazar məhsullarını dərinləşdirmədən birbaşa rəqəmsal məhsullara keçid etmək çətindir. Bu sahədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və rəqəmsal transformasiya istiqamətində infrastrukturun qurulması tamamlanmalıdır".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.
Onun sözlərinə görə, kriptovalyuta bazarı və digər rəqəmsal həllərin tətbiqi təkcə BFB-dən asılı məsələ deyil:
"Bazarın tənzimləyicisi olan Mərkəzi Bankın özünün riayət etməli olduğu qanunvericilik var. Bu proses yuxarıdan aşağıya doğru həyata keçirilməlidir. Ancaq tənzimləmə və digər məsələlər tam həll olunsa belə, bu, bazarın tam hazır olduğu anlamına gəlməyəcək. Hazırda, hətta səhm bazarında ikinci bazar, demək olar ki, mövcud deyil. Səhv etmirəmsə, oktyabr ayından ikinci bazar fəaliyyətə başlayacaq. İkinci bazar inkişaf etdikcə və səhm, istiqraz bazarları dərinləşdikcə, kriptovalyuta bazarı ilə bağlı daha geniş düşünmək olar. Lakin hazırda bununla bağlı hər hansı plan mövcud deyil".
Məhərrəm Əliyev