AZ

Yağların qiymətində KƏSKİN ARTIM - 200 qramlığı 6 manat

Azərbaycanda yağların qiymətində kəskin artım müşahidə olunur.Bakupost.az –ın məlumatına görə, 180-200 qramlıq yağların qiyməti 5 manatı keçib.Belə ki, marketlərdə “Westgold”un 180 qramlığı 5 manat 44 qəpik, “Anchor”un 200 qramlığı isə 5 manat 28 qəpikdir.Bahalaşmadan narazı olan alıcılar deyirlər ki, ötən ay həmin yağların satış qiyməti 4 manat olub:“200 qramlıq yağın qiyməti 6 manata çatır. Elə adam var mədəsində problem olur, başqa yağı yeyə bilmir. Məcburdur, bunlardan alsın. Amma qiymətlər "od tutub yanır". Bütün məhsulların qiyməti qalxıb. Aldığımız maaş bazarlığa çatmır. Hər ay 1-2 manat qiymətlər artır. Belə olmaz axı!”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
26
dia-az.info

10Mənbələr