AZ

Bakının mərkəzində qadın yeraltı keçiddə yaşayır - VİDEO

Bakıda kimsəsiz qadın küçədə yaşayır.

Musavat.com bildirir ki, bununla bağlı Oxu.Az-a məlumat daxil olub.

Qeyd olunub ki, kimsəsiz qadın İstiqlaliyyət küçəsində, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qarşısındakı yeraltı keçiddə yaşayır.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Murad Həşimov açıqlamasında bildirib ki, qurumun əməkdaşları əraziyə baxış keçirəcəklər.

"Sözügedən şəxsin sosial xidmətlərə ehtiyacının qiymətləndirilməsini aparacaqlar", - deyə M.Həşimov bildirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
8
musavat.com

10Mənbələr