AZ

Kiberhücumlar qlobal iqtisadiyyata trilyonlarla dollar ziyan vurur -Allahverən İsmayılov

Kibercinayətkarlıq qlobal iqtisadiyyata hər il 1 trilyon ABŞ dollarından çox ziyan vurur.

Fins.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılovun Bakıda keçirilən "Beynəlxalq Kibertəhlükəsizlik Günləri" (ICSD-2024) konfransında söyləyib.

Onun sözlərinə görə, Ümumdünya Kibertəhlükəsizlik Təşkilatının (GISEC) məlumatına görə, kiberhücumlar qlobal miqyasda artmaqdadır. Bu ilin ilk yarısında beynəlxalq miqyasda kiberhücumlar 30% artıb. Artımın əsas səbəbləri arasında yeni texnologiyaların tətbiqi, zəif müdafiə üsulları və insan amili yer alır. Hakerlər əsasən fərdi məlumatları, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alır. Bu mühitdə informasiya təhlükəsizliyi məsələlərinin əhəmiyyəti daha da artır.

A.İsmayılov, Dünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatında kibertəhlükələrin dünyanın üzləşdiyi ən mühüm risklərdən biri kimi qiymətləndirildiyini bildirib:

"Kiberhücumların kəskin artdığı, kibercinayətkarlığın qlobal iqtisadiyyata trilyonlarla dollar ziyan vurduğu bir dövrdə konfransların və müzakirələrin təşkilini əhəmiyyətli hesab edirik. 'Yaşıl İqtisadiyyat Naminə Kibertəhlükəsizlik' mövzusu, rəqəmsal dövrdə dayanıqlı inkişaf üçün kibertəhlükəsizlik sahəsindəki son nailiyyətləri və trendləri əhatə edir. Bu mövzu, iqtisadi inkişaf və texnoloji tərəqqini nəzərə alaraq, yaşıl iqtisadiyyat hədəflərinə çatmaq üçün zəruri olan kibertəhlükəsizlik yanaşmalarını təqdim edir."

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
7
fins.az

10Mənbələr