“Rusiya bu ölkədə qeyri-qanuni yaşayan əcnəbilərin reyestrini yaradır”.
Turkustan.az xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Qorovoy “Kommersant”a bildirib.
“Reyestrə daxil edildikdən sonra ölkədə qeyri-qanuni yaşayan miqrantlar avtomobil idarə edə, bank xidmətlərindən istifadə edə, əmlakın qeydiyyatını apara, nikah bağlaya və poza bilməyəcək, uşaqları uşaq bağçalarına və məktəblərə yazdıra bilməyəcəklər”, – deyə Qorovoy izah edib.
Qeydiyyatın nə vaxt yaradılacağı məlum deyil. Daxili işlər nazirinin müavini qeyd edib ki, bu cür məlumatları ötürən qurumlarla qarşılıqlı qelektron əlaqə işləri aparılmalıdır.
Qorovoy onu da bildirib ki, 2024-cü il dekabrın 1-dən Moskva hava limanlarında Rusiyaya daxil olan əcnəbilərin foto və barmaq izi ilə eyniləşdirilməsi üçün sınaq proseduruna başlanılacaq.
Sınaqdan sonra Rusiya rəsmisi sistemin bütün sərhəd-keçid məntəqələrində də tətbiq olunacağını istisna etməyib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat `11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz.
Qonağımız hərbi ekspert Telman Qasımovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
/AzPolitika/