AZ

Yeni DƏLƏDUZLUQ ÜSULU: "Ən çox gecə saatlarında edirlər..." - XƏBƏRDARLIQ!

Azərbaycanda daha bir dələduzluq üsulu peyda olub. 

 

Sfera.az xəbər verir ki, bu barədə vəkil Absələddin Əliyev məlumat verib.

 

Onun sözlərinə görə, dələduzlar kiminsə “Telegram” hesabını ələ keçirib onun kontaktlarında olan tanışlarına mesaj yazıb pul istəyirlər:

 

“Pulun köçürülməsi üçün yerli kart nömrəsi verirlər. Həmin kart nömrəsi isə “p2p” kriptovalyuta alqı-satqısı ilə məşğul olan şəxslərin olur. Qurban da bilmədən kriptovalyuta satanın kartına pul köçürmüş olur, o da yoxlamadan kriptonu dələduzun cüzdanına ötürür. Beləliklə, dələduzu müəyyən etmək mümkün olmur".

 

A.Əliyev insanları bu məsələlərdə diqqətli olmağa çağırıb:

 

“Ehtiyatlı olmaq lazımdır. Hətta ən yaxın dostunuz yazsa belə, zəng edib dəqiqləşdirmək lazımdır ki, həqiqətən odur, ya yox. Şərəfsizlər bunu ən çox da gecə saatlarında edirlər. Məqsəd insanların yuxulu, sayıqlığı zəif olan anlarından sui-istifadə etməkdir”.

 

Firuzə Əliyeva
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
882
4
sfera.az

6Mənbələr