AZ

Çində ev heyvanlarının sayı körpələrin sayını ötmək üzrədir

Çinli gənclər ailə qurmaq istəmədikləri üçün 2030-cu ilə qədər ev heyvanlarının sayının azyaşlı uşaqların sayından iki dəfə artıq olacağı proqnozlaşdırılır.

Sherg.az xəbər verir ki, "Amerika İnvestisiya Bankı Goldman Sachs" tərəfindən Milli Statistika Bürosunun məlumatlarına əsaslanaraq hazırladığı araşdırmaya görə, bu onilliyin sonuna qədər ölkədə şəhər ev heyvanlarının sayının 70 milyonu keçəcəyi, dörd və daha aşağı yaşda olan uşaqların sayının isə  40 milyondan aşağı düşəcəyi gözlənilir.

2017-ci ildə vəziyyət tam əksi idi; Dörd və daha aşağı yaşda olan 90 milyon uşaq olduğu halda, şəhər ev heyvanlarının sayı təxminən 40 milyon idi.

Hesabatda 2030-cu ilə qədər ölkədə yeni doğulanların orta hesabla 4,2 faiz azalacağı proqnozlaşdırılıb. Bu azalmada 20-35 yaş arası qadınların sayının azalması və gənc nəslin uşaq sahibi olmaq istəyinin azalmasının təsirli olduğu bildirilib.

2023-cü ilə qədər olan vəziyyətə görə Çində ev heyvanları sahiblərinin təxminən yarısı 23-33 yaş arası insanlardır.

Ölkənin ev heyvanları üçün qida bazarının 2030-cu ilə qədər 12 milyardlıq bir sektora çevriləcəyi gözlənilir.

Hesabatda həmçinin proqnozlaşdırılır ki, Çində pişik sahibliyi itlərin sahibliyini üstələyəcək, çünki pişikləri böyütmək üçün daha az yer tələb olunur.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
sherg.az

2Mənbələr