AZ

“Coca-Cola”nın İsmayıllıda yeni istehsal müəssisəsinin tikinti işləri davam edir - VİDEO

"Azerbaijan Coca-Cola Bottlers" şirkətinin İsmayıllı rayonunda yeni istehsal müəssisəsinin tikinti işləri davam edir.

 

Sfera.az bildirir ki, bu barədə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov məlumat yayıb. O qeyd edib ki, investisiya dəyəri 68 milyon manat olan, beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal müəssisəsi yaradılır.

 

“İllik istehsal gücü 165 milyon litr olacaq müəssisədə şirkətin “Coca-Cola”, “Fanta”, “Sprite” kimi brendləri istehsal olunacaq. Yeni zavod, əsasən, daxili bazar ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulub. “Azerbaijan Coca-Cola Bottlers” şirkəti rayonumuzda peşəkar və profesianal fəaliyyəti ilə yanaşı, rayonumuzun sosial həyatının inkişafına yeni tövhələr verəcək. Rayonumuzun yeni imicinin formalaşmasına, digər yerli və eyni zamanda xarici investorların cəlbinə təkan verəcəkdir”, - N.Bağırov qeyd edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
sfera.az

2Mənbələr