"Şəki" basketbol klubu Ceyhun Həsənlini sıralarına cəlb edib.
Fanat.Az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəki basketbol məktəbinin yetirməsi olan 22 yaşlı oyunçu 2022/2023 mövsümündə "Sərhədçi"nin uğurları üçün çalışıb.
Azərbaycanın U-16 və U-18 yığmalarında oynamış, əsas millinin heyətində toplanışlarda iştirak etmiş basketbolçu doğma klubunda 8 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Şəki" klubu daha əvvəl Ərcan Donat, Kris Barton, Karl Cons, Aleks Koldvell və Əbdülmətin Quliyevi transfer edib.