Bakı. Trend:
Antiterror tədbirləri Azərbaycan tarixində yeni bir qəhrəmanlıqsəhifəsi kimi yazıldı. Qarabağda keçirilən lokal antiterrorəməliyyatları nəticəsində Azərbaycan bütün suveren ərazilərindənəzarəti bərpa edərək separatçılığın kökünü kəsdi, Ermənistanın vəhavadarlarının ümidlərini puç etdi.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev vədeputat Ceyhun Məmmədov məsələ ilə bağlı Trend-ə açıqlama verib.
B.Əliyev bildirib ki, bu gün bir əvvələ nəzər salanda Azərbaycandövləti və xalqı üçün olduqca əhəmiyyətli tarixi hadisə olan 19-20sentyabr 2023-cü ildə silahlı qüvvələrimiz tərəfindən 23 saatərzində həyata keçirilən antiterror tədbirlərini qürurla qeydetməliyik. Çünki bu tədbirlər nəticəsində Azərbaycanda erməniseparatizminin kökü birdəfəlik kəsildi, bölgədə sülhün vəsabitliyin əsası qoyuldu.
O qeyd edib ki, antiterror tədbirləri Azərbaycan Respublikasınınərazi bütövlüyünü və suverenliyini tam bərqərar etdi:
"Halbuki 44 günlük Vətən müharibəsi nəticəsində ErmənistanRespublikasının 9 noyabr 2020-ci ildə imzaladığı kapitulyasiya aktıilə bu məsələ həll edilməli idi. Amma Ermənistandakı revanşistlərvə onlara rəhbərlik edən cinayətkar ünsürlər olan Robert Köçəryan,Serjik Sərkisyan və digərləri, həmçinin, onların havadarlarıyenidən müharibəyə başlamağı və Azərbaycanın suveren ərazisinin birhissəsini işğal etmək istəyirdilər.
Bunu təkcə onların müharibə çağırışları deyil, həm də imzalanmışkapitulyasiya aktından sonra da Azərbaycanın Qarabağ bölgəsində 10mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri vəqeyri-qanuni erməni silahlı dəstələrinin mövcudluğu təsdiq edirdi.Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməniyaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər.
Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verəngərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərinbirgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davametməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapmasıüçün 3 il müddətində əlindən gələni etdi. Lakin Azərbaycanın sülhvə barış üçün təklif etdiyi beş prinsip əsasında danışıqlaraparmaq, Sülh müqaviləsi imzalamaq əvəzinə Ermənistan onahavadarlıq edən dövlətlərin dəstəyi və təhriki ilə suverenərazilərimizdə öz silahlı qüvvələrinin sayını artırmaqla, yenisilahlar alıb, təxribatlar törətməklə məşğul oldular.
Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillikiddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir,qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinəbəyanatlar verirdilər. Ardıcıl olaraq hərbi təxribatlar törətdilər.Bu azmış kimi Ermənistan silahlı qüvvələri 2021-ci ildəErmənistanda istehsal edilmiş minaları “müxtəlif yollarla”Azərbaycana gətirərək Qarabağda minalama fəaliyyətini davametdirdilər".
B.Əliyev vurğulayıb ki, 2023-cü ilin 19 sentyabr tarixindəAzərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıragenişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi:
"Erməni kəşfiyyat-diversiya qrupları tərəfindənƏhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədiləəvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülkişəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbiqulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzunbölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşətutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusuyaralandı.
Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuzyerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktınəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülkiəməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinindöyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüşhazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələritərəfindən təsbit edildi.
Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatınmüddəalarının icrasının təmin olunması, Azərbaycan RespublikasınınKonstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokalxarakterli antiterror tədbirləri həyata keçirildi. Antiterrortədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrininbirləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri vəuzunmüddətli atəş nöqtələri, eləcə də tankları, zenit-raketkompleksləri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksəkdəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı.
Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraqqaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərininnümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsiləmüraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldəolundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokalxarakterli antiterror tədbirləri dayandırıldı.
Sentyabrın 28-də isə Azərbaycanın Xankəndi şəhərində yuva salmışseparatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejiminləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdəhəyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildətərksilah edilərək, ölkəni tərk etdi. Azərbaycanın Qarabağ iqtisadizonasını quldur yuvası çevirmiş qeyri-qanuni xunta rejimi ləğvedildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan özdövlət suverenliyini tam təmin etdi. Azərbaycan RespublikasınınPrezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi,Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli bayrağımızıyüksəltdi, ərazi bütövlüyünü tam bərpa edərək Azərbaycanın Zəfərtarixinin yeni səhifəsini yazdı. Zaman bir daha göstərdi ki,Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanxalqının və dövlətinin maraqlarına, sulun və inkişafın, bölgədətəhlükəsiz birgəyaşayışın təmin edilməsinə yönəlmişdir.
Azərbaycan xalqı və ölkədə fəaliyyət göstərən siyasi partiyalarMüzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin ölkəmizin ərazibütövlüyünün, erməni silahlı birləşmələrinin təxribatlarınınqarşısının alınması, işğaldan azad edilən torpaqlarımızdaməskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunmasıüçün həyata keçirdiyi siyasəti dəstəkləyir və onun ətrafında Dəmiryumuruq kimi birləşmişdir. Bu birliyi heç bir qüvvə sarsıda bilməz!Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə,xalqımızın təhlükəsiz və xoşbəxt həyatına qarşı yönələn istənilənqüvvə dərhal və qətiyyətlə yerindəcə məhv ediləcəkdir!
Bu gün Azərbaycan Respublikası Cənubi Qafqazda sülhün,sabitliyin və tərəqqinin qarantı və hərəkətverici qüvvəsidir. Bütünməsələlərin həllində Azərbaycanın mövqeyi nəzərə alınmalı və onunlabirlikdə həll edilməlidir. Bu amili nəzərə almayan istəniləntəşəbbüs iflasa məhkumdur".
Məclisin deputatı Ceyhun Məmmədov isə Trend-ə deyib ki, Ermənistan Vətənmüharibəsi başa çatdıqdan sonra imzalanan üçtərəfli Bəyanat üzrəöhdəliklərini qətiyyən yerinə yetirmirdi.
"Onların arasında, xüsusilə də erməni silahlılarının ölkəmizinərazilərindən çıxarılmaması Azərbaycanı dərindən narahat edirdi.Ermənistan isə silahlı birləşmələrini ərazilərimizdən çıxarmaqəvəzinə orada şəxsi heyət, zirehli vasitələr, artilleriya qurğularısaxlayırdı. Həmçinin həmin ərazilərə müharibədən sonra Ermənistandaistehsal olunan minalar daşınırdı. Burada məqsəd separatçı rejiminAzərbaycan Ordusuna qarşı müqavimətini gücləndirmək idi", - o qeydedib.
Deputat bildirib ki, Ermənistandan Azərbaycan ərazilərinəgöndərilən minalarla itkilərimiz davamlı olaraq artırdı.
“Bütün bunları nəzərə alan ölkəmizin xəbərdarlığına vəbəyanatlarına məhəl qoymayan separatçı rejim və onu dəstəkləyənPaşinyan komandasının cəzalandırılması üçün Azərbaycan antiterrortədbirlərini həyata keçirmək qərarını verdi. Bu antiterrortədbirləri Azərbaycan ərazilərində mövcud olan ermənisilahlılarından min nəfərdən çoxunun məhv edilməsi və yayaralanması ilə nəticələndi.
Qəhrəman Azərbaycan Ordusu cəmi bir gün ərzində yüzlərləkvadratkilometr işğal altındakı ərazimizi azad etdi, düşmənin 65-əyaxın zirehli və zirehsiz vasitələrini, avtomobil texnikasınısıradan çıxardı.
Ordumuz düşmənin döyüş texnikalarını, artilleriya vasitələrini,xüsusi texnikalarını qənimət olaraq ələ keçirdi. Bundan başqa,ermənilər atıcı silahlarını və onlara aid milyonlarla sursatı dadöyüş meydanında atıb qaçdı.
2020-ci ildə baş verənlərdən Ermənistan nəticə çıxarmadı. İkinciQarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərsolsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı”, -deyə deputat qeyd edib.