AZ

Azərbaycan Ticarət Forumu keçiriləcək

Oktyabrın 1-də Bakıda “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusunda Azərbaycan Ticarət Forumu keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, forumun məqsədi sahibkarların iştirakı ilə idxal-ixrac əməliyyatları ilə bağlı mövcud vəziyyət və imkanları, onların ixracda payının artırılmasını və ticarət sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.

Forumda dövlət rəsmilərinin, idxal-ixrac, istehsalat, logistika, gömrük təmsilçiliyi və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
11
vergiler.az

10Mənbələr