Bakı. Trend:
Sentyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasınınprezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti,akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoruakademik Gövhər Baxşəliyeva və Şərqşünaslıq İnstitutunun kollektiviXX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardanbiri - şərqşünas-alim, pedaqoq, filologiya elmləri doktoru,professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsiniehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Trend xəbər verir ki, anımmərasimində çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanşərqşünaslığında ərəbşünaslıq sahəsinin çox inkişaf etdiyinibildirərək, onun ədəbiyyat istiqamətinin fundamentinin görkəmlişərqşünas-alim, professor Aida İmanquliyevanın elmi əsərləri iləqoyulduğunu, Aida xanımın bu istiqamətin inkişafında əvəzsizxidmətləri olduğunu vurğulayıb.
Professor Aida İmanquliyevanın Azərbaycan ərəbşünaslığında birməktəb yaratdığını, mühacir ədəbiyyatının tədqiqində yeni yolaçdığını deyən akademik İsa Həbibbəyli alimin dünya elmində ərəbməhcər ədəbiyyatının tədqiqi sahəsinə böyük töhfələr verdiyini,Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirdiyini qeydedib.
Akademik Gövhər Baxşəliyeva böyük alim Aida İmanquliyevanın həmictimai fəaliyyəti, həm şəxsi keyfiyyətləri baxımındanbaşqalarından fərqlənən, parlaq bir şəxsiyyət olduğunu deyib. Aidaİmanquliyevanın Azərbaycan şərqşünaslıq elminin inkişafındasilinməz iz qoyduğunu söyləyən G.Baxşəliyeva, elmi fəaliyyətiniərəb ədəbiyyatının tədqiqinə həsr edən 3 sanballı monoqrafiya,100-dən çox elmi və elmi populyar məqalənin müəllifinin ərəb-Qərbədəbiyyatlarının qarşılıqlı əlaqələrini və təsirini öyrənən ilkalimimiz olduğunu qeyd edib.
Aida İmanquliyevanın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyidövrdə bacarıqlı elm təşkilatçısı kimi özünü göstərdiyinixatırladan G.Baxşəliyeva əlavə edib ki, o, Azərbaycan elmini dünyasəviyyəsində təmsil edən gözəl alim idi.
G.Baxşəliyeva Aida İmanquliyevanın itkisinin şərqşünaslarımızüçün çox ağır olduğunu, alimlərimizin onun əziz xatirəsini daim ucatutduqlarını deyib.
Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfədoktoru Bəşarət Bəşirova Aida İmanquliyevanın dəyərli elmifəaliyyətindən bəhs edib, onun gənc şərqşünaslara göstərdiyiqayğıdan danışıb, görkəmli alimlə bağlı xatirələrini bölüşüb.