İtaliyada şiddətli fırtınalar və şiddətli yağışlar şimaldakı Emiliya-Romanya bölgəsində sel və daşqınlara səbəb olub.
News365.az İtaliya mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində minlərlə insan təxliyə edilib.
Bildirilib ki, bölgədə əlverişsiz hava şəraitindən ən çox zərər çəkən şəhərlər Bolonya, Çesena, Forli, Ravenna, Faenza və Rimini olub.
Qeyd olunub ki, Ravenna şəhəri yaxınlığındakı Senio çayında daşqın nəticəsində Kastel Bolonye şəhərinin mərkəzi su altında qalıb.
Bölgədə indiyədək can itkisinin olmadığı qeyd edilib.